BDU-da vaksinasiya prosesi bu gün də davam edib

21/05/2021

Bakı Dövlət Universitetinin (BDU) kollektivi Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq könüllü şəkildə peyvəndlənmə prosesində iştirak edirlər. BDU-da vaksinasiya prosesi bu gün də davam edib.

TƏBİB Universitetin ərazisindəki poliklinikada səyyar vaksinasiya məntəqəsi yaradaraq 2 qeydiyyat, 2 müayinə, 2 vaksinasiya otağı ən zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunub.  Vaksinasiyanı TƏBİB-in peşəkar həkim briqadası həyata keçirir.

BDU əməkdaşları peyvənd olunmaq üçün məntəqəyə müraciət edir, könüllü şəkildə məntəqəyə gələrək xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə vaksinasiya olunurlar. Əməkdaşlar üçün bütün zəruri avadanlıq və şəraitlə, dezinfeksiyaedici məhlullarla təmin edilmiş gözləmə və istirahət otaqları yaradılmışdır.

BDU-nun birinci mərhələdə yaşı 65-dən çox olan professor-müəllim, inzibati və texniki heyət üzvləri, sonra isə digər yaş kateqoriyalarına aid əməkdaşları mərhələli şəkildə peyvənd olunublar.

Xəbərlər

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı  
18/09/2026

BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib

BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib
18/09/2026

BDU tələbəsi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Özünüinkişaf çempionu” nominasiyası üzrə təltif olunub

BDU tələbəsi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Özünüinkişaf çempionu” nominasiyası üzrə təltif olunub
18/09/2026