BDU-da vaksinasiya prosesi bu gün də davam edib

23/11/2021

Bakı Dövlət Universitetinin (BDU) kollektivi Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq könüllü şəkildə peyvəndlənmə prosesində iştirak edirlər. BDU-da vaksinasiya prosesi bu gün də davam edib.

BDU-nun müraciəti əsasında Universitet ərazisində yerləşən 30 saylı şəhər poliklinikasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səyyar vaksinasiya məntəqəsi fəaliyyətə başlayıb.

İki doza peyvənd olunmasından 150 (yüz əlli) gün keçmiş əməkdaşlar III doza (buster) peyvəndlənmədə iştirak edirlər.

TƏBİB səyyar vaksinasiya məntəqəsində 2 qeydiyyat, 2 müayinə, 2 vaksinasiya otağı ən zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunub.  Vaksinasiyanı TƏBİB-in peşəkar həkim briqadası həyata keçirir.

BDU əməkdaşları III doza peyvəndlənmə üçün məntəqəyə müraciət edir, könüllü şəkildə məntəqəyə gələrək xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə vaksinasiya olunurlar. Əməkdaşlar üçün bütün zəruri avadanlıq və şəraitlə, dezinfeksiyaedici məhlullarla təmin edilmiş gözləmə və istirahət otaqları yaradılıb.

Bütün əməkdaş və tələbələri vaksinasiya prosesində iştirak etməyə çağırırıq.

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026