BDU-da “Vikipediya” təlimlərində iştirak etmiş tələbələrlə görüş keçirilib

16/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Qorqud” Vikipediya Metodik Klubunun Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında təşkil etdiyi təlimlərin fəal iştirakçısı olan tələbələrlə görüş keçirilib.

Tədbiri fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev açaraq təlimləri uğurla başa vuran gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Fakültədə fəaliyyət göstərən “Vikipediya” klubu haqqında məlumat verib, görülən işlərdən bəhs edib.

Sonra BDU-nun Tarix fakültəsinin tələbəsi “Qorqud” Vikipediya Metodik Klubunun eksperti Sübhan Xıdırzadə təmsil etdiyi klubun gördüyü işlərdən danışıb, öz təcrübəsini tələbələrlə bölüşüb, onların suallarını cavablandırıb.

Tədbirdə fakültədə əvvəllər mövcud olmuş, pandemiya səbəbindən fəaliyyəti zəifləmiş “Vikipediya” klubunu "Qorqud" Vikipediya Metodik Klubunun təlimlərində uğurla iştirak etmiş tələbələrlə yenidən formalaşdırmaq qərara alınıb.

Qeyd edək ki, “Vikipediya” təlimlərində fəal iştirak etmiş tələbələr Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən diplomla təltif olunacaqlar.

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026