BDU-da virtual kitabxana fəaliyyətə başlayacaq
26/01/2016
Bakı Dövlət Universitetinin tarix fakültəsində universitetdaxili “50+50” qrant layihəsi çərçivəsində hazırlanaraq istifadəyə verilmiş virtual kitabxana fevralda fəaliyyətə başlayacaq. Fakültənin türk xalqları tarixi kafedrasının tədris kabineti nəzdindəki kitabxanada hazırda Azərbaycan, türk, rus və ingilis dillərində “Türk xalqları tarixi” və digər fənlər üzrə 100-dək kitab, jurnal, məqalə toplusu, konfrans materialları toplanıb. Bu ədəbiyyatlardan müəllim və tələbələr istifadə edə biləcəklər.
Kitabxanadakı ədəbiyyat və materialları əldə etmək üçün türk xalqları tarixi kafedrasının elektron ünvanına (txt_kaf@bsu.edu.az) müraciət etmək olar.
Mətbuat və informasiya şöbəsi, 26 yanvar 2016-cı il.
![]() |
![]() |
![]() |
Xəbərlər
BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”
BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”



