BDU-da “Vətən müharibəsi dövründə medianın fəaliyyətinin təhlili” layihəsi yekunlaşmaq üzrədir

31/03/2021

Bakı Dövlət Universitetində (BDU) Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyətini təhlil edən, müvafiq analitik tədqiqatlar aparan layihə öz işini yekunlaşdırmaq üzrədir. Layihə çərçivəsində 44 gün davam edən və ordumuzun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsi dövründə informasiya müharibəsi, yerli və xarici mediada haqq savaşımızın əksi təhlil olunub.

Layihənin İşçi qrupu 5 istiqamət üzrə fəaliyyət göstərərək, Azərbaycan Respublikasının Prezidentinin xarici KİV-ə müsahibələri; Vətən müharibəsi beynəlxalq mediada; Vətən müharibəsi ölkə mediasında; müharibə dövründə Ermənistan mediası;  Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışlarının təhlili aparılıb.

İşçi qrupuna BDU Jurnalistika fakültəsinin tanınmış alimləri ilə yanaşı, ölkənin bir sıra nüfuzlu media mütəxəssisləri, beynəlxalq jurnalistika tədqiqatçıları, habelə gənc araşdırmaçılar, doktorant və magistrantlar daxil edilib. Aparılan araşdırmalar əsasında geniş hesabatlar hazırlanmışdır və yaxın müddətdə ictimaiyyətə təqdim olunacaqdır. Bundan başqa, İşçi qrup Vətən müharibəsində obyektiv mövqe nümayiş etdirən, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən xarici media qurumlarına, jurnalist, siyasətçi və politoloqlara təşəkkür məktubları ünvanlayıb.

Əlavə edək ki, analitik hesabat hazırlanarkən jurnalistikanın prinsiplərinə, beynəlxalq jurnalistika təşkilatlarının təcrübəsinə, beynəlxalq jurnalistikanın prinsip və normalarına, eyni zamanda beynəlxalq təşkilatların (UNESCO, ATƏT, AŞPA) jurnalistin peşə fəaliyyəti ilə bağlı qəbul etdikləri tövsiyə xarakterli sənədlərə istinad edilib.

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026