BDU-da Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin anım günü qeyd olunub

21/11/2022

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin anım günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə fakültə dekanı Rövşən Cavadov, Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova, Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimli və tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
Fakültə dekanı Rövşən Cavadov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini yazıb. Bu zəfəri xalqımıza yaşadan qəhrəmanlar daim hörmət və sevgi ilə anılır, şəhidlərimizin ailə üzvləri və övladlarına diqqət və qayğı göstərilir. Daha sonra Rövşən Cavadov Adil İbrahimlinin döyüş yolu haqqında tələbələrə məlumat verib. Qeyd edib ki, Adil İbrahimli bütün döyüş əməliyyatlarında xüsusi şücaət göstərib, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə isə qəhrəmancasına həlak olub. Noyabrın 20-də Bakıda II Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Adil İbrahimli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adını layiq görülüb. O, həmçinin "Vətən uğrunda" , “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Fakültənin I kurs tələbəsi Rufiz Quluzadə bildirib ki, 2021-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq keçirilən yürüşdə Ali Baş Komandan İlham Əliyev əlində Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin şəklini tutub. O da vurğulanıb ki, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimli Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə II kurs tələbəsidir.
Nargül İbrahimli həyat yoldaşının anım günü münasibəti ilə təşkil edilmiş tədbirə görə fakültə rəhbərliyinə öz minnətdarlığını bildirib.
Tədbirdə fakültənin IV kurs tələbəsi Səbinə Mirzəməmmədovanın bəstələdiyi “Ağlama, anacan” musiqisi səsləndirilib. II kurs tələbələri Samir Hacıyev və  Sevil Nəsirovanın birgə hazırladıqları “Salam, şəhid anası” adlı videoçarx nümayiş etdirilib.
Sonda Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimovanın qəhrəman şəhidimiz  Adil İbrahimli və onun həyat yoldaşı Nargül İbrahimlinin ailə tarixçəsinə həsr olunmuş videoçarxı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024