BDU-da Vətənim... Qarabağım... bölünməz Azərbaycanım" adlı tədbir keçirilib

24/05/2016

Bakı Dövlət Universitetində "Vətənim... Qarabağım... bölünməz Azərbaycanım" adlı tədbir keçirilib. Universitetdə təhsil alan xarici tələbələrin təşkil etdiyi tədbirdə BDU-nun müəllim-tələbə heyəti iştirak edib. Xarici tələbələrlə iş üzrə dekanı, dosent Gülheyran Rəhimova artıq ənənə halını almış tədbirin əhəmiyyətindən danışıb və universitetin dünyanın bir sıra ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlığından bəhs edib.

Sonra Türkiyə, Pakistan, Türkmənistan, Nigeriya, Çindən olan tələbələr müxtəlif dillərdə Azərbaycanın tarixi yerləri və şəxsiyyətləri barədə məlumat verib, milli adət-ənənələrimizi əks etdirən təqdimatla çıxış ediblər.

Mətbuat və informasiya şöbəsi, 24 may 2016-cı il.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026