BDU-da “WUF13 yolunda: Urbanizasiya və innovasiya” adlı ilk görüş keçirilib

04/12/2025

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Urban Talks” layihəsi çərçivəsində “WUF13 yolunda: Urbanizasiya və innovasiya” adlı ilk görüş keçirilib.

BDU əməkdaşı və layihə rəhbəri Mirhüseyn Tağıyev urbanizasiya sahəsinə dair əsas anlayışlar, BMT-nin İnsan Məskunlaşmaları Proqramının (UN-Habitat) tarixi inkişaf mərhələləri, həmçinin indiyədək keçirilmiş Dünya Şəhər Forumlarının qlobal əhəmiyyəti barədə geniş məlumat təqdim edib.

Görüşdə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü  sessiyasının (WUF13) əsas məqsədləri, gözləntiləri və Azərbaycanın ev sahibliyi fonunda Forumun strateji əhəmiyyəti müzakirə olunub. BDU-nun urbanizasiya və davamlı şəhər inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən, ölkəmizdə bu sahədə aparılan islahatların əsas istiqamətlərindən söz açılıb.

Sonra iştirakçılar üçün WUF13 könüllülük proqramı və gənclər üçün mövcud imkanlar xüsusi vurğulanıb, tələbələrə şəhərsalma proseslərində gənclərin rolunun artırılması ilə bağlı tövsiyələr verilib.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026