BDU-da Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş elmi seminar

02/12/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının magistrantı Ayşən Həkimli “Bəxtiyar Vahabzadə irsinə dair elektron resurslar” mövzusunda məruzə edib. Gənc tədqiqatçı “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Prezident İlham Əliyevin 21 fevral 2025-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin görkəmli ədibin irsinə və şəxsiyyətinə hər zaman böyük ehtiram göstərdiklərini diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları tərəfindən hazırlanmış “Bəxtiyar Vahabzadə” Elektron Layihəsi əsasında təqdim edilən məruzədə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin zəngin irsinin rəqəmsallaşdırılması, arxivləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məsələləri şərh olunub. Bildirilib ki, modern texnologiyaların imkanları ilə hazırlanan platforma görkəmli ədibin zəngin irsini həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıtmaq məqsədi daşıyır. Elektron resurs Bəxtiyar Vahabzadə irsinin sistemləşdirilməsi, bu irsə dair elektron biblioqrafik mənbələrin yaradılması və onların geniş ictimaiyyət üçün əlyetərliyi baxımından aktuallıq kəsb edir: “Elektron resurs 4 bölmə, 12 altbölmə, o cümlədən foto və videoqalereyadan ibarətdir. Layihə Bəxtiyar Vahabzadə irsinin tarixi faktlar, sənədlər, foto və video materiallar vasitəsilə geniş oxucu auditoriyasına çatdırılması, həmçinin bu zəngin irsin müasir informasiya texnologiyalarından istifadə etməklə təbliği baxımından mühüm əhəmiyyətə malikdir”.

Təqdimat zamanı “Bəxtiyar Vahabzadə” Elektron Layihəsinin praktik imkanları nümayiş etdirilib, elektron resursun şairin ədəbi-bədii və ictimai fəaliyyətinin bütün aspektlərini əhatə etdiyi və davamlı olaraq təkmilləşdirildiyi diqqətə çatdırılıb. Məruzədə həmçinin MEK-in elektron resurslarının inkişaf dinamikası qrafik şəklində təqdim edilib, müqayisəli təhlillər aparılıb, kitabxananın digər e-layihələri barədə məlumat verilib.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbərlər

Moldovalı alim BDU-nun Fizika fakültəsində elmi seminar keçirib

Moldovalı alim BDU-nun Fizika fakültəsində elmi seminar keçirib
02/12/2025

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş seminarlar davam edir

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş seminarlar davam edir
02/12/2025

BDU-da Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş elmi seminar

BDU-da Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş elmi seminar
02/12/2025