BDU-da Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş tədbir

06/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov görkəmli şairin mənalı ömür yolundan və zəngin ədəbi-bədii yaradıcılığından danışıb. O, şairin şeirlərində Vətənə məhəbbətin, vətənpərvərlik duyğularının saf təcəssümünün öz əksini tapdığını bildirib.

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Yeganə Xanlarova Fikrət Qocanın həyatı və fəaliyyəti barəsində geniş məlumat verib, onu ötən əsrin 60-cılar nəslinin poetik axtarışları və novatorluğu ilə seçilən nümayəndəsi, fədakar ziyalı, fəlsəfi-intellektual təfəkkürə malik, milli, çağdaş ruhlu şair kimi xarakterizə edib.

Fakültənin TGT sədri Hümbət Bədəlov Fikrət Qocanın yaradıcılığına dair “Qalacaq” adlı məruzə edib. Tələbələrin ifasında şairin şeirləri və sözlərinə yazılmış musiqilər səsləndirilib.

Sonda ədibin yaradıcılığı haqqında videoçarx nümayiş olunub.

 

Xəbərlər

BDU Özbəkistanın Turon Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Turon Universiteti ilə anlaşma memorandumu imzalayıb
18/04/2025

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” mövzusunda təlim təşkil olunub
18/04/2025

BDU-da ustad dərsi: “Filologiya və süni zəka: sözün yeni erası”

BDU-da ustad dərsi: “Filologiya və süni zəka: sözün yeni erası”
18/04/2025