BDU-da Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyi qeyd olunub

25/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Tədbirin moderatoru, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib, onun təkrarsız poetik ustalığından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıb.

Fakültə üzrə TGT sədri Hümbət Bədəlov şairin yaradıcılığında saz və məhəbbət mövzusu barədə geniş məruzə edib, Osman Sarıvəllinin adı ilə bağlı olan rəvayətləri auditoriyanın diqqətinə çatdırıb.

Tarix fakültəsinin I kurs tələbəsi Şəhriyar Məmmədzadə “Osman Sarıvəllinin lirikasında təbiətin tərənnümü” mövzusunda məruzə edib.

Tədbir ədəbi-bədii çıxışlarla davam edib. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbələri Nicat Qasımov və Kamil Eyvazlı “Dilqəmi”, “Naxçıvani”, “Orta Sarıtel” və “Ruhani” saz havalarını ifa edib, şairin yaradıcılığından nümunələr söyləyiblər. Filologiya fakültəsinin tələbələri Validə Bayramlı, Sultan Əsədli və Yaqut Tağıyeva sənətkarın şeirlərini səsləndiriblər.

Sonra Filologiya fakültəsi TGT-nin təşəbbüsü ilə Osman Sarıvəllinin 120 illik yubileyinə həsr olunmuş “Hər kim yüz il yaşamasa, günah onun özündədir” mövzusunda esse müsabiqəsinin qalibləri elan olunub. Müsabiqənin nəticəsinə görə, Fatimə Qurbanova I, Nəzrin Həsənli II, Şəhriyar Məmmədov III yerə layiq görülüblər.

Qaliblərə sertifikatlar təqdim olunub.

Xəbərlər

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026

BDU-nun II kurs tələbələrinin nəzərinə!

BDU-nun II kurs tələbələrinin nəzərinə!
26/05/2026