BDU-da xalq artisti Nurəddin Mehdixanlı ilə tələbələrin görüşü keçirilib

24/01/2022

"ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət carçısı" proqramının və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Milli mənəvi dəyərlər” layihəsi çərçivəsində Azərbaycan Respublikasının görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı ilə tələbələrin görüşü keçirilib.

Görüşdə "səhnə ustalığı" mövzusunda müzakirələr aparılıb, Azərbaycanda teatr sahəsinin inkişafı istiqamətində görülən işlərdən danışılıb. N.Mehdixanlı ölkəmizdə mədəniyyətə, incəsənət xadimlərinə göstərilən dövlət qayğısından bəhs edib, Azərbaycanda teatr tarixindən, teatr sənətindən söhbət açıb.

Sonda N. Mehdixanlı “ASAN könüllüləri”nin və BDU tələbələrinin çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026