BDU-da Xaraba Gilanda aparılmış son arxeoloji qazıntıların nəticələri təqdim olunub

17/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Xaraba Gilan şəhər yeri: 1 saylı türbənin sirləri” mövzusunda elmi seminar keçirilib.

Seminarda AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev məruzə ilə çıxış edib. Məruzədə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yerləşən orta əsr şəhər yeri Xaraba Gilanda aparılmış son arxeoloji qazıntıların nəticələri geniş şəkildə təqdim olunub.

Təqdimat çərçivəsində İkinci Memorial Kompleksə daxil olan 1 saylı türbənin tədqiqi, onun memarlıq xüsusiyyətləri və burada aşkar edilmiş arxeoloji tapıntılar haqqında ətraflı məlumat verilib. Xüsusilə türbənin sərdabəsində aşkar olunmuş qəbir qalıqları, onların antropoloji xüsusiyyətləri və dövrləşdirilməsi məsələləri diqqət mərkəzində olub. Aparılmış araşdırmalar nəticəsində sərdabənin Hülakülər dövləti dövrünə aid olduğu müəyyən edilib.

Seminar zamanı sərdabədən əldə edilmiş arxeoloji materialların semantik təhlili də təqdim olunub. Tapıntılar arasında öz unikallığı ilə seçilən parça qalıqları xüsusi maraq doğurub. Bu parçalar üzərində müxtəlif astronomik simvollar, insan və heyvan təsvirləri qeydə alınıb. Eyni zamanda, 600 ildən artıq yaşı olan toxuculuq nümunələrinin rənglərinin günümüzədək qorunub saxlanması ilə bağlı elmi mülahizələr səsləndirilib.

Tədbir iştirakçıları tərəfindən mövzu böyük maraqla qarşılanıb, seminar interaktiv müzakirələrlə davam edib.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026