BDU-da “Xarıbülbül” adlı rəsm sərgisi

03/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” adlı rəsm sərgisinin açılışı keçirilib.

Tədbirdə fakültə dekanlığı, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Açılışda çıxış edən Kimya fakültəsinin dekanı Fuad Kərimli Zəfər Gününün xalqımızın tarixindəki önəmindən, bu qələbənin - Prezdient, Ordu, Xalq birliyi sayəsində əldə olunmasından danışıb. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyini vurğulayaraq, tələbələrin bu kimi təşəbbüslərlə milli ruhun yaşadılmasına töhfə verdiklərini qeyd edib.

Sərgidə Kimya fakültəsinin tələbələri tərəfindən hazırlanan rəsm əsərləri nümayiş olunur. Əsərlərdə Qarabağ təbiətinin gözəlliyi, Şuşanın simvolu olan xarıbülbül gülü, qəhrəman şəhidlərimizin xatirəsinə həsr edilmiş mənəvi motivlər və Vətən sevgisini ifadə edən kompozisiyalar yer alır.

Qonaqlar sərgi ilə tanış olaraq tələbələrin əsərlərinin həm ideya, həm də bədii baxımdan yüksək səviyyədə olduğunu qeyd ediblər. Fakültə rəhbərliyi vurğulayıb ki, bu cür tədbirlər gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və milli-mənəvi dəyərlərə sadiqliyinin göstəricisidir.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026