BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

06/11/2026

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tələbələrin əl işlərindən ibarət “Xarıbülbül” rəsm sərgisi keçirilir.

Tələbələrin hazırladıqları rəsm əsərlərində Vətən sevgisi, milli qürur, torpağa bağlılıq, qəhrəmanlıq və Zəfər sevinci bədii ifadəsini tapıb. Əsərlərdə şəhidlərin əziz xatirəsi, qazilərin qəhrəmanlığı və Azərbaycanın ərazi bütövlüyünün bərpasının yaratdığı qürur hissi əks olunub.

Sərginin əsas məqsədi Azərbaycanın tarixi Zəfərinin mahiyyətini, Vətən müharibəsində nümayiş etdirilən qəhrəmanlıq və şücaəti, milli birlik və həmrəylik ruhunu tələbələrin yaradıcılığı vasitəsilə ifadə etmək, onların istedad və yaradıcılıq potensialını nümayiş etdirməkdir.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026