BDU-da “XIX əsr Qarabağ mühiti: Xurşidbanu Natəvan” adlı elmi seminar

18/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrası və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “XIX əsr Qarabağ mühiti: Xurşidbanu Natəvan” adlı elmi seminar keçirilib.  

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.   

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Almaz Məmmədova qədim köklərə söykənən Qarabağ ədəbi-mədəni mühitindən, XIX əsrdə Qarabağ ziyalılarının həyata keçirdikləri müstəsna işlərdən, həmin dövrün ədəbi proseslərinin ədəbiyyatımızın sonrakı inkişaf mərhələsinə təsirindən söz açıb.  

“Xurşidbanu Natəvan poeziyasında tendensiya” adlı məruzə ilə çıxış edən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Mətanət Həsənova şairənin həyat və yaradıcılığı ilə bağlı geniş məlumat verib, onun dövrümüzə qədər gəlib çatmış şeirlərindəki məzmun və forma vəhdətinin əsas məqamlarından bəhs edib, doğma yurduna bağlı olan Natəvanın Qarabağın abadlaşdırılması üçün gördüyü işləri diqqətə çatdırıb.

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova İlyas Əfəndiyevin tarixi səpkidə yazdığı əsərlərdən söz açaraq, yazıçının “Xurşidbanu Natəvan” pyesində oxuculara çatdırmaq istədiyi incə mətləblərdən danışıb. Bildirib ki, “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılmasına baxmayaraq, müasir həyatımızla səsləşən qiymətli əsərdir. Buna görə də pyes oxucu və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb, yüksək qiymətləndirilib.

Tədbirin bədii hissəsində Filologiya fakültəsinin tələbələri Mədinə Hüseynzadə Xurşidbanu Natəvanın “Könlümü”, Cahan Salmanova “Ölürəm”, Ülviyyə Orucova “Gülün”, Aytən Şamilova “Tərkin” qəzəllərini səsləndirib, Zöhrə Quliyeva sözləri Xurşidbanu Natəvana məxsus “Qoyubdur intizarda”, Lumu İspəndiyarzadə “Getdi yar, gəlmədi, aldatdı məni” mahnılarını ifa ediblər.  

Sonda kafedranın əməkdaşları - professor Vaqif Sultanlı, professor Sənan İbrahimov, Sevinc Abbasova, Sürəyya Sultanova məruzə və çıxışları yüksək qiymətləndiriblər.

Xəbərlər

Külək oyadan, təbiətə nəfəs verən çərşənbə

Külək oyadan, təbiətə nəfəs verən çərşənbə
10/03/2026

BDU-nun Astrofizika kafedrası: “MAPS kometi Günəşə çox yaxın məsafədən keçəcək”

BDU-nun Astrofizika kafedrası: “MAPS kometi Günəşə çox yaxın məsafədən keçəcək”
10/03/2026

BDU-da “Zəfər” yatağının geoloji-genetik modeli tədqiq olunur

BDU-da “Zəfər” yatağının geoloji-genetik modeli tədqiq olunur
10/03/2026