BDU-da “Xocalı – silinməz tarix” adlı anım tədbiri

24/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin birgə təşəbbüsü ilə “Xocalı – silinməz tarix” adlı anım tədbiri keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU TGT-nin sədri Harun Mehdiyev Xocalı soyqırımının 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu bildirib. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc  əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər. O, gəncləri tariximizin dərslərindən ibrət almağa, tarixi həqiqətləri unutmamağa çağırıb, belə maarifləndirici tədbirlərin davam etdiriləcəyini bildirib.

Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar həkim, İctimai Birliyin sədr müavini, I Qarabağ müharibəsi veteranı Taryel Eyvazov Xocalı hadisələrinin canlı şahidi kimi bu faciənin insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu vurğulayıb. Bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı. Amma illər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək.

İctimai Birliyin İdarə Heyətinin üzvləri Cavanşir Rzazadə, “Qladiator” İdman Klubunun prezidenti, I Qarabağ müharibəsi veteranı Azad Məmmədov və jurnalist Surxay Hümbətov tarixi ədalətin bərqərar olduğunu, Xocalı cəlladlarının Azərbaycanın ədalət məhkəməsi qarşısına çıxarılaraq, layiq olduqları cəzanı aldıqlarını bildiriblər.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026