BDU-da “Xocalı faciəsi - insanlığa qarşı törədilmiş bəşəri cinayət” adlı beynəlxalq tədbir

26/02/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı faciəsi - insanlığa qarşı törədilmiş bəşəri cinayət” mövzusunda onlayn dəyirmi masa keçirilib.

Tədbir başlamazdan əvvəl Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın azadlığı, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rektor Elçin Babayev deyib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu siyasət nəticəsində xalqımızın yaşadığı məhrumiyyətlər geridə qalıb, Azərbaycan xalqı qalib xalqa çevrilib. Xocalı faciəsinə həsr olunmuş tədblər bu il başqa əhval-ruhiyyədə - qalib ölkənin vətəndaşları kimi keçirilir. Xocalıda və digər torpaqlarımızda erməni təcavüzkarlarının vəhşicəsinə həyata keçirdiyi soyqırım aktları nəticəsində həlak olan həmvətənlərimizin qisası siyasət meydanı ilə yanaşı, döyüş meydanında da alındı. Xocalı şəhidlərimizin ruhu bü gün sakitdir, şaddır.  Cənab Prezidentin dediyi kimi – Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alınıb.

Daha sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, İsrailin “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi, siyasi analitik Arye Qut, Moldova Respublikasının İctimai Palatasının sədri, Moldova Vəkillər Kollegiyasının üzvü Aureliya Qriqoriu, Milli Məclisin deputatı Elman Məmmədov, Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri Anar İsgəndərov, BDU-nun Tarix fakültəsinin dekanı vəzifəsini icra edən, professor İbrahim Zeynalov, Xocalı özünümüdafiə batalyonunun komandiri, Milli Qəhrəman Tofiq Hüseynovun nəvəsi – BDU-nun Hüquq fakültəsinin tələbəsi Məxmər Ələkbərzadə Xocalı soyqırımı, mənfur erməni silahlılarının törətdiyi bəşəri cinayət haqqında çıxış ediblər. Çıxış edənlər ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi cinayətlərdən biri olan Xocalı soyqırımının məqsədi, səbəb və nəticələri, faciənin miqyası ilə bağlı bir çox tarixi faktları diqqətə çatdırıblar.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024