BDU-da Xocalı faciəsinin 23-cü ildönümü qeyd edilib

23/02/2015

Bu gün Bakı Dövlət Universitetində Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Universitetin foyesində faciə ilə bağlı sərgiyə baxışla başlayan tədbir işini böyük akt zalında davam etdirib. Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin rektoru, akademik Abel Məhərrəmov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc  əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər. Rektor deyib ki, Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıblar.  Rektor həmçinin deyib ki, bu gün eyni siyasət Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Fondun Rusiya nümayəndəliyi tərəfindən həyata keçirilir.

Sonra tarix elmləri doktoru, professor Sani Hacıyev, tarix fakltəsinin dosenti Boran Əziz soyqırımı ilə bağlı fikirlərinin bölüşüb, tarixi fakt və sənədlərə istinad ediblər.

Tədbir tələbələrin Xocalı faciəsinə həsr olunmuş şeirləri səsləndirmələri ilə başa çatıb.

Mətbuat və İnformasiya şöbəsi, 23 fevral 2015-cü il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024