BDU-da Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş elmi-bədii sessiya

24/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi və Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş elmi-bədii sessiya keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Ermənistanın tarixən azərbaycanlılara qarşı həyata keçirdiyi təcavüz və etnik təmizləmə siyasəti barədə məlumat verib. O, Xocalı faciəsinin bu siyasətin ən dəhşətli səhifəsi olduğunu vurğulayıb. İbrahim Zeynalov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində şanlı qələbəsinin  tək Xocalı soyqırımı qurbanlarının deyil, bütün şəhidlərimizin qisası olduğunu xatırladıb.

Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Boran Əziz Xocalı faciəsi ilə bağlı elmi araşdırmalarını, həmin kafedranın professoru, tarix elmləri doktoru Nuru Məmmədov Ümummilli Lider Heydər Əliyevin Xocalı faciəsinə siyasi qiymət verilməsi istiqamətində xidmətlərini iştirakçıların diqqətinə çatdırıb.

BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə, Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü Rüfət Ramazanov, sənətşünaslıq üzrə fəlsəfə doktorları Mehparə Rzayeva, Rauf Bəhmənli,  Mübariz Əliyev çıxışlarında  Azərbaycanın musiqi dəyərlərinin tarix böyü  ermənilər tərəfindən saxtalaşdırılması, Xocalı faciəsinə həsr olunmuş musiqi əsərləri haqqında məlumat veriblər.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026