BDU-da “Xocalı simfoniyası” adlı musiqili anım tədbiri keçirilib

23/02/2022

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı simfoniyası” adlı musiqili anım tədbiri keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xocalı soyqırımının dəhşətləri ilə bağlı Azərbaycan Televiziyasının hazırladığı “Tarixin izi ilə” sənədli filmi nümayiş olunub. 20 dəqiqəlik filmin ssenari müəllifi BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovdur.

Sonra isə “Xocalı simfoniyası” adlı musiqili kompozisiya təqdim edilib. ADMİU-nun xalq çalğı alətləri orkestri və BDU-nun xor kollektivinin ifasında Dövlət himni ifa olunub.

Filologiya fakültəsinin tələbəsi Cahan Salmanova tanınmış şair Nurəngiz Günün “Xocalı simfoniyası” poemasını səsləndirib. Musiqili kompozisiya tələbələrin Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda əsərlərinin ifası ilə davam edib.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026