BDU-da “Xocalı soyqırımı - 30” adlı foto və kitab sərgisi

22/02/2022

Bakı Dövlət Universitetinin Elmi kitabxanasının təşkilatçılığı ilə “Xocalı soyqırımı - 30” adlı foto və kitab sərgisi açılıb.

Sərgidə Xocalı soyqırımından bəhs edən, Azərbaycan, ingilis və rus dillərində 50-dək kitab nümayiş olunur. Bura "Qarabağ düyünü", “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi", "Vətən harayı", "Erməni terroru", "Xocalı soyqırımı" və bu qəbildən olan kitablar daxildir.

Sərgidə həmçinin Xocalı faciəsinin dəhşətlərini əks etdirən 30-dək tarixi fotoşəkil də təqdim olunur.

Sərgi həftənin sonunadək ziyarətçilərin üzünə açıq olacaq.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026