BDU-da “Xocalı soyqırımı – unudulmaz faciə” adlı foto və kitab sərgisi açılıb

23/02/2024

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə “Xocalı soyqırımı – unudulmaz faciə” adlı foto və kitab sərgisi açılıb.

Sərgidə Xocalı soyqırımından bəhs edən, Azərbaycan, ingilis və rus dillərində 50-dək kitab nümayiş olunur. Bura "Qarabağ düyünü", “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi", "Vətən harayı", "Erməni terroru", "Xocalı soyqırımı" kimi kitablar daxildir.

Sərgidə həmçinin Xocalı faciəsinin dəhşətlərini əks etdirən 30-dək tarixi fotoşəkil də təqdim olunur.

Sərgi fevralın 27-dək ziyarətçilərin üzünə açıq olacaq.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026