BDU-da Xocalı soyqırımının hüquqi aspektləri təhlil olunub

23/02/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru Nizami Səfərovun iştirakı ilə Xocalı soyqırımının hüquqi aspektlərinə həsr olunmuş tədbir keçirilib. Tədbirin məqsədi Xocalı soyqırımına beynəlxalq və cinayət-hüquqi aspektdən yanaşmanın təqdim olunması, bu soyqırım aktını törədənlərin cinayət-hüquqi məsuliyyətinə dair beynəlxalq və milli hüquq normalarının diskussiya şəklində təhlilinin aparılmasıdır.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev Xocalı soyqırımı ilə bağlı tarixi faktlara toxunub, öz mövqeyini beynəlxalq mənbələrə istinadən əsaslandırıb.

Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru Nizami Səfərov soyqırım cinayətinin mahiyyəti və növləri, soyqırıma görə cinayət məsuliyyətinin həm beynəlxalq, həm də milli-hüquqi aspektdən əsasları barədə ətraflı məlumat verib.

Fakültənin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, professor Şəhla Səmədova soyqırım cinayətinin elementləri və bu əməllərə görə cinayət məsuliyyətinə cəlb etmənin praktiki tərəflərini Xocalı soyqırımı ilə əlaqələndirərək şərh edib, bu sahədə təklif və tövsiyələrini verib.

Daha sonra Nizami Səfərov fakültə əməkdaşları və tələbələrin suallarını cavablandırıb. Tədbirin sonunda Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının Xocalı soyqırımına həsr olunmuş esse müsabiqəsinin qalibi, II kurs tələbəsi Nigar İsgəndərovaya sertifikat təqdim olunub.

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026