BDU-da “Xocalını unutmadıq” adlı rəsm sərgisi və film nümayişi təşkil olunub

22/02/2022

Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan “Xocalını unutmadıq” adlı rəsm sərgisi açılıb.

Sərgidə BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin rəssamlıq dərnəyinin üzvü olan 10-dan çox tələbənin Xocalı soyqırımının dəhşətlərini əks etdirən əsərləri nümayiş olunur.

Rəsm əsərləri soyqırıma məruz qalmış insanların yaşantılarını, psixoloji vəziyyətini, erməni təcavüzkarlarının törətdikləri cinayətlərin dəhşətlərini ekspressionist üslubda, sənətin dili ilə göstərmək məqsədi daşıyır.

Sərgi həftənin sonunadək davam edəcək.

Sərginin açılışından sonra tanınmış şair Nurəngiz Günün poeması əsasında çəkilmiş "Xocalı simfoniyası" filmi nümayiş olunub.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026