BDU-da xərçəng əleyhinə pentapeptid molekulların fəza quruluşuna dair tədqiqatlar aparılır

31/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda “Xərçəng əleyhinə pentapeptid molekulların fəza quruluşunun və konformasiya xüsusiyyətlərinin molekulyar modelləşdirilməsi” mövzusunda elmi seminar keçirilib.
Seminarda İnstitutun Biofizika şöbəsinin aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru Gülşən Ağayeva mövzu ilə bağlı məruzə edib. Məruzəçi bildirib ki, düyü kəpəyi zülalından əldə edilən xərçəng əleyhinə EQRPR pentapeptid molekulunun və onun D-izomerlərlə əvəz edilmiş analoqlarının fəza quruluşunun nəzəri modelləşdirmə üsulları ilə tədqiqi nəticəsində onların konformasiya xüsusiyyətləri müəyyən edilib. Bu pentapeptid molekulların stabil fəza quruluşlarının atom koordinatlarının əsasında onların reseptorları ilə bağlanma qabiliyyətləri molekulyar doking üsulu ilə öyrənilib. İlk dəfə molekulyar dokinq metodunu tətbiq etməklə pentapeptid EQRPR və onun D-izomer analoqlarının ACE2, SARS-CoV-2 virusunun S- və Mpro zülalları ilə birləşmə kompleksləri göstərilib, həmçinin komplekslərin birləşmə konstantları hesablanaraq mümkün kliniki profilləri təyin edilib. Tədqiq olunan EQRPR pentapeptidinin multifunksional olması göstərilib. Müəyyən edilib ki, pentapeptid bir sıra mühüm inteqrinlərlə birləşə bilir. Bu da həm SARS-CoV-2 virusu infeksiyasına, həm də xərçəng xəstəliyinə qarşı mübarizədə geniş istifadə oluna bilər. Mühüm nəticələrdən biri də multifunksional peptidin ayrı-ayrı zülallarla birləşmə xüsusiyyətinin müxtəlif nöqtələrində D-izomer dəyişməsi aparmaqla modulyasiya edilə bilməsidir. EQRPR peptidinin ikincili quruluşu müxtəlif spektroskopik metodlarla, fəza quruluşu isə nəzəri əsaslarla hesablanıb. EQRPR pentapeptid molekulunun xərçəng əleyhinə təsir mexanizmi nəzəri və təcrübi metodlarla tədqiq edilib, onun D-izomerlərlə əvəz edilmiş analoqlarının epidermal böyümə faktoru reseptoruna, tirozinkinazaya və proto-onkogen tirozin-protein kinazaya güclü bağlanma qabiliyyətləri və fosfolipid DPPC ilə qarşılıqlı təsirinin güclü olduğu müəyyən edilib. Ağciyər xərçəngi hüceyrələrində aparılan ilkin tədqiqatlarda EQRPR peptidinin hüceyrə membranı ilə qarşılıqlı təsirdə olduğu göstərilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024