BDU-da XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

13/06/2023

İyunun 13-də Bakı Dövlət Universitetində (BDU) XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. İmtahanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadasının qalibləri iştirak ediblər.

III Məktəblilərarası Astronomiya Olimpiadası Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və  Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsi tərəfindən şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlanması məqsədi ilə keçirilib. Olimpiadanın qalibləri BDU-da təşkil olunmuş Astronomiya dərslərinə cəlb olunub. Seçmə imtahanı da bu dərslərdə öyrənilmiş biliklər əsasında təşkil edilib. İmtahan nəticəsində seçilən 5 nəfərdən ibarət komanda 10-20 avqust tarixlərində Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təhsil edəcək. Seçilən şagirdlərin nəzəri və praktiki hazırlığı olimpiadanın keçirilməsi tarixinə qədər davam edəcək.

Qeyd edək ki, III Məktəblilərarası Astronomiya Olimpiadası və Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun dəstəyi ilə həyata keçirilir.

Xəbərlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək
13/01/2026

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026