BDU-da XXI Bakı yapon dili natiqlik müsabiqəsi keçirilib

22/11/2022

Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyi, Bakı Yaponlar Cəmiyyəti və ölkədə fəaliyyət göstərən yapon şirkətlərinin dəstəyi ilə XXI Bakı yapon dili natiqlik müsabiqəsi təşkil edilib. Müsabiqədə ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin yapon dili üzrə bacarıqları nümayiş olunub.
Müsabiqənin açılış mərasimində çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi müsabiqənin təşkilinə görə BDU rəhbərliyinə təşəkkür edib. Səfir bildirib ki, mütəmadi keçirilən müsabiqə tələbələrin yapon dilini mənimsəmə səviyyəsinə müsbət  təsir edir. O, Yaponiya səfirliyinin Azərbaycanda yapon dilinin yayılmasına bundan sonra da dəstək verəcəyini qeyd edib.

Müsabiqə iştirakçıları “Yaponiya-Azərbaycan dostluq ili” mövzusunda maraqlı nitqlərlə çıxış ediblər.

Münsiflər heyətinin qərarına əsasən, ADA Universitetinin tələbəsi Rza Tamridi I yerə, BDU-nun tələbəsi Mədinə Novruzova II yerə,  Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Əsmər Cəfərli III yerə layiq görülüblər.

Müsabiqə iştirakçılarına səfirliyin sertifikatları və hədiyyələr verilib.

Yapon dili üzrə natiqlik müsabiqəsinin əsas məqsədi tələbələrə bilik və bacarıqlarının nümayiş etdirilməsi üçün şərait yaratmaq, onlarda bu dilə olan marağı artırmaqdır.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026