BDU-da “XXI əsr insanı zaman və məkan kontekstində” adlı konfrans keçirilib

27/11/2018

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin nəzdində yaradılmış “Bəhmənyar klubu”nun təşkilatçılığı ilə “XXI əsr insanı zaman və məkan kontekstində” adlı elmi-fəlsəfi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova XXI əsr insanının zaman və məkan etibarilə XX əsr insanından fərqləndiyini qeyd edib, elmi texniki inqilabların, texnika və texnologiyanın inkişafının XXI əsr insanın formaşalmasında yaratdığı dəyişikliklər, insan məfhumunun mənşəyi, onun haradan gələrək haraya doğru getməsi, artıq formalaşma mərhələsində olan XXI əsr insanın siması və nəzərdən keçirilən problemə müxtəlif yanaşmalar barədə danışıb.

Sosiologiya kafedrasının müdiri İzzət Rüstəmov XXI əsr insanının texnika və texnologiyanın təsirinə daha çox məruz qalmasından və bu əsrdə də insanın proqressiv meyillərə yiyələnə biləcəyindən bəhs edib.

Sosial Elmlər və psixologiya fakültəsinin müəllimi Araz Əliyev, dosent Nəriman Süleymanov çıxışlarında müasir gənclərin fəaliyyətləri, bacarıq və istedadları ilə fərqlənmələrindən danışıblar.

Konfransda “Bəhmənyar klubu”nun sədri, fəlsəfə ixtisası II kurs tələbəsi Fərhad Seyfullazadə, TGT fakültə sədri İsa Bəylərli və digər tələbələr çıxış ediblər.

Professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi konfrans mövzular ətrafında müzakirələr və sualların cavablandırılması ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 27 noyabr 2018-ci il.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026