BDU-da XXIII Beynəlxalq “Çin dili körpüsü” müsabiqəsi keçirilib

21/05/2024

BDU-nun Konfutsi Mərkəzi və Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə XXIII Beynəlxalq “Çin dili körpüsü” müsabiqəsi keçirilib.

Müsabiqə Çin dilinin Azərbaycanda öyrənilməsi üzrə olduqca böyük əhəmiyyət daşıyır. Müsabiqədə ölkənin müxtəlif təhsil ocaqlarından Çin dilini öyrənən tələbələr iştirak ediblər. İştirakçılar dil bilikləri ilə yanaşı, rəqs, rəsm, musiqi və aktyorluq kimi istedadlarını da sərgiləyiblər.

Müsabiqədə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, BDU-da fəaliyyət göstərən Konfutsi Mərkəzinin direktoru Vanq Haoqianq iştirak ediblər.

Müsabiqədə I yeri Xəzər Universitetində fəaliyyət göstərən Konfutsi Mərkəzinin tələbəsi Xəyalə Məmmədova , II yeri BDU-nun Şərqşünaslıq fakültəsinin tələbəsi Sevda Məcidli, III yeri Şərqşünaslıq fakültəsinin tələbəsi Ayla İsmayılova, BDU-nun Konfutsi Mərkəzinin tələbəsi Fəridə Süleymanova və Azərbaycan Dillər Universitetinin tələbəsi Fatimə Əliyeva tutublar. Müsabiqədə I yeri qazanan iştirakçı Azərbaycanı müsabiqənin Çində keçiriləcək final mərhələsində təmsil edəcək.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026