BDU-da XXIV Bakı yapon dili natiqlik müsabiqəsi keçirilib

03/11/2025

Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyi, Bakı Yaponlar Cəmiyyəti, Yaponiya Fondu və ölkədə fəaliyyət göstərən yapon şirkətlərinin dəstəyi ilə XXIV Bakı yapon dili natiqlik müsabiqəsi təşkil edilib.

Müsabiqənin məqsədi tələbələrə bilik və bacarıqlarının nümayiş etdirilməsi üçün şərait yaratmaq, onlarda bu dilə olan marağı artırmaqdır.

BDU rektoru Elçin Babayev müsabiqə iştirakçılarına uğurlar arzulayıb, belə müsabiqələrin Azərbaycanla Yaponiya arasında əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe müsabiqənin təşkilinə görə BDU rəhbərliyinə təşəkkür edib. Səfir bildirib ki, mütəmadi keçirilən müsabiqə tələbələrin yapon dilini mənimsəmə səviyyəsinə müsbət təsir edir. O, Yaponiya səfirliyinin Azərbaycanda yapon dilinin yayılmasına bundan sonra da dəstək verəcəyini qeyd edib.

Müsabiqədə BDU-nun 8, Azərbaycan Dillər Universitetinin (ADU) 6, dil kurslarının 4 tələbəsi yapon dili üzrə bacarıqlarını nümayiş etdirib.

Münsiflər Heyətinin qərarına əsasən, BDU-nun tələbələri İlkin Zəkiyev I, Ruslana Dadaşova II, Sədaqət Əliyeva III, ADU-nun tələbəsi Leylan Dadaşova IV, BDU-nun tələbəsi Nuray Cəbiyeva V yerə layiq görülüblər. BDU tələbəsi Marat Mixaylov isə həvəsləndirici mükafat qazanıb.

Müsabiqənin Münsiflər Heyətinin sədri İnada Şoji, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli çıxışlarında müsabiqə iştirakçılarının səviyyəsinin yüksək olduğunu bildirib, yarışın yüksək səviyyədə təşkil olunmasına görə BDU rəhbərliyinə və Yaponiyanın Azərbaycandakı səfirliyinə təşəkkür ediblər. Qeyd olunub ki, Bakı yapon dili natiqlik müsabiqəsi tələbə və məzunların gələcək karyeralarında böyük rol oynayır.

Müsabiqənin qaliblərinə səfirliyin sertifikatları və sponsor şirkətlərin hədiyyələri təqdim edilib.

 

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026