BDU-da Xəzərin cənub-qərb sahilində quşların trofik və biotopik əlaqələrinə dair tədqiqatlar aparılır

22/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyevin “Xəzərin cənub-qərb sahilində quşların trofik və biotopik əlaqələri” mövzusunda elmi seminarı keçirilib.

Məruzəçi qeyd edib ki, 2015-2024-cü illəri əhatə edən tədqiqatlar Abşeron, Şirvan, Qızılağac Milli parkları, Kür çayı deltasında aparılıb. Tədqiqatın nəticələrinə əsasən, Xəzərdə suyun səviyyəsinin enməsi quşların yem bazasına, populyasiya quruluşuna və məskunlaşma arealına ciddi təsir göstərib. Bəzi növlərin (məsələn, Microcarbo pygmaeus, Nycticorax nycticorax və s.) çoxalma davranışında əhəmiyyətli dəyişikliklər baş verib, onlar yeni ərazilərdə – tarlaqoruyucu meşə zolaqlarında koloniyalar şəklində yuvalamağa başlayıb. Bu dəyişikliklərin biomüxtəlifliyin idarə olunması və qorunması baxımından əhəmiyyəti vurğulanıb. Tədqiqatlarda 13 dəstəyə aid 126 növ quşun reproduksiya və qışlama dövrlərində trofik və biotopik əlaqələri GIS texnologiyası vasitəsilə xəritələndirilib və təhlil olunub. Eyni zamanda, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmiş 22 nadir quş növünün də müşahidə edildiyi bildirilib.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026