BDU-da yanğınları ilkin mərhələdə müəyyənləşdirən və söndürən ağıllı robot hazırlanır

05/05/2023

Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında növbəti elmi seminar keçirilib. Elmi seminarda laboratoriyanın kiçik elmi işçisi və Fizika fakültəsinin III kurs doktorantı  Orxan Güləhmədov və Fizika fakültəsinin məzunu Hüseyn Məmmədov  “Qapalı məkanlarda çıxan yanğınların ilkin mərhələdə müəyyən edilməsi və söndürülməsini həyata keçirən ağıllı robotun hazırlanması" mövzusunda çıxış ediblər.

Orxan Güləhmədov əvvəlcə seminar iştirakçılarının diqqətinə “TEKNOFEST-2023” festivalı və onun əhatə etdiyi kateqoriyalar haqqında qısa məlumat verib. Sonra o, festivalın final mərhələsinə vəsiqə almış, müəllifləri olduqları layihə barədə danışıb. Qeyd edib ki, yaradılacaq ağıllı robotun köməyi ilə qapalı məkanlarda baş verən yanğınların ilkin mərhələdə müəyyən edilməsi və yanğın sahəsinin genişlənmədən söndürülməsinin həyata keçirilməsi layihənin əsas məqsədidir.

Hüseyn Məmmədov isə bildirib ki, hazırlanan sistem vasitəsilə məkanda quraşdırılmış kameralar və lazer skanerin köməyi ilə yanğın baş verən ərazinin koordinatlarının dəqiqliklə müəyyənləşdirilərək ağıllı robota ötürülməsi, həmçinin, yanğın və tüstü aşkarlama xüsusiyyətinə malik sensor ilə təchiz olunacaq sistem hesabına yanğının ilkin mərhələdə detektə olunması və istifadə olunan kimyəvi tərkibli qaz komponentləri vasitəsilə yanğın sahəsinin böyümədən söndürülməsi prosesinin icra edilməsi nəzərdə tutulur.

Seminarın sonunda məruzəçilər iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıblar.

Xəbərlər

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür
15/04/2026

BDU-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ustad dərsi

BDU-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ustad dərsi
15/04/2026

BDU-da şəhərsalma sənədlərinin rəqəmsallaşdırılmasına dair araşdırmalar aparılır

BDU-da şəhərsalma sənədlərinin rəqəmsallaşdırılmasına dair araşdırmalar aparılır
15/04/2026