BDU-da yapon dilinin tədris olunması səviyyəsinə heyran qaldım

31/01/2013

2012-ci ilin 22-23 noyabr tarixlərində Azərbaycanın paytaxtı Bakıda Siyasi Partiyaların Beynəlxalq Asiya Simpoziumu keçirilmişdir. Həmin simpoziumda Yaponiyadan yalnız iki nümayəndə iştirak etmişdir - cənab Oqata Yasuo və mən. İştirakları əvvəlcədən planlaşdırılan nümayəndələr öz səfərlərini Yaponiya parlamentinin gözlənilmədən buraxılması və ümumi seçkilərin elan edilməsi səbəbindən ləğv etmişdilər.

Yəqin ki, ölkəmizdə Azərbaycan haqqında heç bir məlumatı olmayan insanlar var. Bu ölkə dünyanın ən böyük gölü olan Xəzər dənizinin qərb sahilində yerləşir. Öz qara kürüsü və nefti ilə məşhurdur. Bakı Azərbaycanın paytaxtıdır, “Küləklər şəhəri” adı ilə də tanınır.

Azərbaycanda iqtidarda olan Yeni Azərbaycan Partiyasının təsisçiliyi ilə keçirilən simpozium günlərində mən Azərbaycan-Yaponiya Parlamentlərarası dostluq qrupunun sədri cənab Abel Məhərrəmovla görüşdüm. Mən çox təəccübləndim ki, Azərbaycan parlamentinin üzvü olan cənab Məhərrəmov Yaponiyada gedən ən son siyasi proseslərdən - parlamentin buraxılması və ümumi seçkilərin elan edilməsidən məlumatlı idi. Cənab Məhərrəmovdan Yaponiya haqqında bu qədər məlumatlı olmasının səbəbini soruşduqda aydın oldu ki, o, Demokratik Partiyanın sədri, Yaponiya- Azərbaycan Parlamentlərarası dostluq qrupunun sabiq sədri olan cənab Amari Akira ilə münasibət saxlayır. Bütün bunlarla bərabər cənab Məhərrəmovun həm də Azərbaycanın ən böyük universiteti olan Bakı Dövlət Universitetinin  rektoru olması məni çox təəccübləndirdi. Mən cənab Məhərrəmova yapon jurnalları üçün xarici ölkələrin universitetləri haqqında məlumat topladığımı və növbəti səfərimdə BDU-nu ziyarət etmək istəyimi bildirəndə, o dərhal məni universitetə dəvət etdi və gələcək səfəri gözləməyə ehtiyac olmadığını bildirdi. Universiteti ziyarət edərkən məni bir çox məqamlar təəccübləndirdi. Universitet nəzdində yapon dili kafedrası fəaliyyət göstərir və ömürlərində bir dəfə də olsun Yaponiyada olmayan, orada təcrübə keçməyən tələblərin dil bilikləri çox yüksək idi. Yapon dilini öyrəndiklərinə görə onlara minnətdarlıgımı bildirdim. Yaponiyada bir çox adamların tanımadığı Azərbaycan adlı uzaq bir ölkədə bu qədər yüksək mədəniyyətə malik və çox istedadlı insanları görmək məni çox heyrətləndirdi. Bu ölkədə çox mükəmməl bir universitet, ən müasir səviyyədə tədris sistemi olması sevindirici, həm də bu ölkəni yaxından tanımayan insanlar üçün inanılmaz idi. Çox şad oldum ki, Yaponiyanın Azərbaycandakı səfirliyini bu kafedra və universitet ilə daim əlaqə saxlayır.

İşii İtaru.
“Kuşiro Şimbun”, 08 dekabr 2012-cü il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024