BDU-da Yapon mədəniyyəti günü keçirilib

02/10/2015

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Yapon mədəniyyəti günü keçirilib.

Tədbiri açan kafedra müdiri Oqtay Cəlilbəyli bildirib ki, 22 noyabr 2013-cü il tarixində Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq və əməkdaşlıq haqqında imzalanan sazişə əsasən, İto şəhərinin sənət adamları Azərbaycanda Yapon mədəniyyəti günü keçirirlər. Bakı Dövlət Universitetində keçirilən tədbirin həmin silsilədən olduğunu bildirən Oqtay Cəlilbəyli onu da qeyd edib ki, fakültənin yapon dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələrə, eyni zamanda bu ölkənin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı fənlər tədris olunur və tədbir həm də bu baxımdan faydalıdır.

Yaponiyanın ölkəmizdəki səfirliyinin əməkdaşı Obata Bakı Dövlət Universiteti və Yaponiya səfirliyi arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Sonra İto şəhərindən gəlmiş nümayəndə heyəti milli geyimlərini, musiqilərini, gül ənənəsini, yazı xəttatlığını, çay dəstgahını təqdim ediblər.

Tədbirdə Yapon dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələr də öz məharətlərini nümayiş etdiriblər.

Mətbuat və informasiya şöbəsi, 02 oktyabr 2015-ci il.

Xəbərlər

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026