BDU-da Yaponiya Təhsil Sərgisi keçirilib

07/03/2019

Bakı Dövlət Universitetinində (BDU) Yaponiya Təhsil Sərgisi keçirilib. BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının  təşkilatçılığı ilə keçən tədbirdə Yaponiyanın bir neçə ali təhsil müəssisəsi – Hokkaido, Kanazava, Tokai və digər universitetləri təqdimatla çıxış ediblər. BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyli tədbir iştirakçılarına BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanovun salamlarını çatdırıb, onlara uğurlar diləyib.

Qonaqlar tədbirdə iştirak edən BDU-nun ingilisdilli qrup tələbələrinə təmsil etdikləri universitetləri barədə geniş məlumat veriblər, onların çoxsaylı suallarını cavablandırıblar.

Qeyd edək ki, Yaponiya universitetlərinin təmsilçiləri Bakıda daha bir neçə təqdimatla çıxış edəcəklər. Onu da qeyd edək ki, Yaponiya universitetlərinin təmsilçiləri arasında BDU-nun 2005-ci il məzunu, professor Aida Məmmmədova da var idi. Həmyerlimiz Kanazava Universitetini təmsil edib.


Mətbuat və informasiya şöbəsi, 07 mart 2019-cu il.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
26/08/2026

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

BDU-ya qəbul olunanların nəzərinə!

BDU-ya qəbul olunanların nəzərinə!
25/08/2026