BDU-da yay imtahan sessiyası uğurla davam edir

09/06/2021

İyunun 7-dən etibarən Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb. Sessiya 02 iyul 2021-ci il tarixinə qədər gün ərzində 2 növbədə onlayn (məsafədən) davam edəcək.
İyunun 8-də 357 qrup üzrə 6942 tələbə (85 nəfər SABAH qrupu olmaqla) imtahan verib. BDU-nun Qazax filialında isə 350 tələbə imtahanlarda iştirak edib. Magistratura səviyyəsində 41 ixtisaslaşmada 12 fənn üzrə 149 nəfər imtahan verib.
Bu gün 120 qrup üzrə 2375 tələbə (29 nəfər SABAH qrupu olmaqla) imtahan verib. BDU-nun Qazax filialında isə 296 tələbə imtahanlarda iştirak edib. Magistratura səviyyəsində 57 ixtisaslaşmada 13 fənn üzrə 190 nəfər imtahan verib. İmtahan prosesində heç bir neqativ hal müşahidə edilməyib.
İmtahanları BDU rəhbərliyi, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri müşahidə edir.
Qeyd edək ki, İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir.

Magistratura səviyyəsində 41 ixtisaslaşmada 12 fənn üzrə 149 nəfər imtahan verib.
Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026