BDU-da yay semestri üzrə dərslər başa çatıb

03/09/2024

Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ilində təşkil edilən yay semestri başa çatıb.

Ümumilikdə yay semestri dərslərində 150-dən artıq fənn üzrə 950 bakalavr və 16 magistr iştirak edib.

Yay semestri üzrə imtahanlar sentyabr ayının əvvəlində təşkil ediləcək.

Qeyd edək ki, BDU-da yay semestri Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən təşkil olunub.

Yay semestri 2023/2024-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbə və magistrantların fənlər üzrə akademik borclarının ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsinə dair müraciətləri nəzərə alınaraq təşkil edilir.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026