BDU-da yay semestrinin imtahan sessiyası BLACKBOARD platforması ilə həyata keçirilir

08/09/2021

Bakı Dövlət Universitetində (BDU) bakalavriat və magistratura səviyyələri üzrə 2020/2021-ci tədris ilinin yay semestrinin dərsləri Blackboard – elektron tədris platforması üzərindən uğurla həyata keçirilmişdir. 6 həftə ərzində təşkil edilən yay semestri 7 sentyabr tarixindən başlayaraq üç gün müddətində davam edən imtahanlarla yekunlaşacaq. İmtahanlar hazırda Blackboard – elektron tədris platforması üzərindən uğurla davam edir.

Platformanın imkanlarından istifadə edilərək 170 fənn üzrə tələbələrin bilik və bacarıqları yoxlanılır və qiymətləndirmə aparılır. Qiymətləndirmə prosesi gün ərzində tələbələrin şəxsi kabinetlərində əks olunur. İmtahanlar BDU-da formalaşdırılan “Blackboard Team” tərəfindən izlənilir, texniki çətinliklə üzləşən tələbələrin gün ərzində platforma vasitəsilə imtahanlara qoşulması təmin edilir. Eyni zamanda BDU-da 2021/2022-ci tədris ilində Blackboard platformasının imkanlarından istifadə edilməsi, tədris prosesinin təkmilləşdirilməsi, daha effektiv şəkildə idarə olunması məqsədilə işlər intensiv şəkildə davam etdirilir.

Xəbərlər

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq
10/07/2026

BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır

BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır
10/07/2026

BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq

BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq
10/07/2026