BDU-da yaz imtahan sessiyası başlayıb

04/06/2018

Bakı Dövlət Universitetində yaz imtahan sessiyasına start verilib. 2017/2018-ci tədris ilində universitetin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin imtahan sessiyasının mütəşəkkil keçirilməsi məqsədilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov tərəfindən müvafiq əmr imzalanıb. Yaz semestrinin imtahan sessiyası iyunun 4-dən 30-dək keçiriləcək.

İmtahan sessiyası başlamazdan öncə fakültə dekanları, koordinator və rəhbər-koordinatorların iştirakı ilə rektor, akademik Abel Məhərrəmovun görüşü keçirilib. Rektor Abel Məhərrəmov imtahan sessiyası haqqında danışıb, dekanları, koordinator və rəhbər koordinatorları prosesə ciddi nəzarət etməyə, tələbələrin biliyini obyektiv qiymətləndirməyə çağırıb.

Sessiyanın gedişinə operativ nəzarət etmək məqsədi ilə əvvəlki sessiyalar zamanı rektorun ümumi məsələlər üzrə müşaviri professor İsmayıl Əliyevin sədrliyi ilə yaradılmış qərargah və apellyasiya komissiyası yaz semestrinin imtahan sessiyası zamanı da fəaliyyətini davam etdirəcək. Əmrə uyğun olaraq, professor İsmayıl Əliyevə sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin «Qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etmək və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər vermək tapşırılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları yaradılıb.

Mətbuat və informasiya şöbəsi, 04 iyun 2018-ci il.

Xəbərlər

BDU-da xalqımızın tarixi Zəfərinin beşinci ildönümünə həsr olunmuş elmi seminar keçirilib

BDU-da xalqımızın tarixi Zəfərinin beşinci ildönümünə həsr olunmuş elmi seminar keçirilib
21/11/2025

BDU-da şagirdlərlə görüş: “Hüquq və suverenlik uşaqların gözü ilə”

BDU-da şagirdlərlə görüş: “Hüquq və suverenlik uşaqların gözü ilə”
21/11/2025

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi seminar

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi seminar
21/11/2025