BDU-da yaz imtahan sessiyası başlayıb

03/06/2022

İyunun 3-dən etibarən Bakı Dövlət Universitetində (BDU) 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Sessiya iyulun 1-dək davam edəcək.

İmtahanlar iki növbədə (bakalavriatura səviyyəsi üzrə saat 10:00-13:00-dək, magistratura səviyyəsi üzrə saat 14:00-18:00-dək) keçiriləcək.

Bakalavriatura səviyyəsində 681 qrup üzrə 15 minə yaxın tələbə, magistratura səviyyəsində isə 234 ixtisaslaşma üzrə 973 nəfər imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2022-ci il iyul ayının 4-dən 12-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026