BDU-da yaz imtahan sessiyası uğurla davam edir

16/06/2026

Bakı Dövlət Universitetində (BDU) iyunun 1-dən başlayan 2025/2026-cı  tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir.

Bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00 - 13:00 və saat 14:00 - 17:00), magistratura səviyyəsi üzrə saat 14:00-dan 16:30-dək keçirilir.

İyunun 16-da bakalavriat səviyyəsində 225 qrup üzrə 5230, magistratura səviyyəsində 90 ixtisaslaşmada 708 tələbə imtahan verir. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2026-cı il iyul ayının 3-dən 7-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir.

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026