BDU-da Yaz məktəbi: “Azərbaycan Respublikasında şəhər əhalisinin təbii hərəkətinin müasir vəziyyətinin təhlili”

14/05/2026

Bakı Dövlət Universitetində (BDU) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF 13) ərəfəsində keçirilən “Bakı Şəhərsalma Həftəsi” (“Baku Urban Week”) çərçivəsində “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda təşkil olunan Yaz məktəbində növbəti məruzə təqdim olunub.

Yaz məktəbində Coğrafiya fakültəsinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının baş müəllimi, coğrafiya elmləri namizədi Qabil Səmədov “Azərbaycan Respublikasında şəhər əhalisinin təbii hərəkətinin müasir vəziyyətinin təhlili” mövzusunda məruzə edib. Qabil Səmədov son illərdə Azərbaycanda əhalinin təbii hərəkətinin dinamikasına diqqət çəkərək, şəhərlərdə təbii artımın əsas göstəriciləri və buna təsir edən sosial-iqtisadi amillər barədə geniş təqdimat edib. Şəhər əhalisinin təbii hərəkətinin (doğum, ölüm, təbii artım göstəriciləri) müasir vəziyyətinin ölkənin böyük, orta və kiçik şəhərləri üzrə özünəməxsus qanunauyğunluqla təzahür etdiyini bildirib, son illərin statistik göstəriciləri əsasında urbanizasiya proseslərinin demoqrafik təsirləri, regionlar üzrə fərqlər və əsas meylləri haqqında məlumat verib. Azərbaycanın müxtəlif regionları üzrə əhalinin təbii hərəkətinin əsas indikatorlarının müqayisəli təhlili təqdim olunub və son illərdə əhalinin təkrar istehsalına təsir edən əsas amillər şərh edilib.

Professor Məqsəd Qocamanov, dosentlər Sahilə Allahverdiyeva, Gülnarə Cəfərova, fəlsəfə doktorları Şəfiqə Hümbətova, Vüqar Kərimli və Rəşad Sədullayev tədqiqat mövzusunun aktual olduğunu vurğulayıb, bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsinin vacibliyini bildiriblər.

 

Xəbərlər

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq
15/07/2026

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq  
15/07/2026

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır
14/07/2026