BDU-da Yaz məktəbi: “Dayanıqlı şəhərlərin inkişafında yaşıl enerji zonalarının rolu”

14/05/2026

Bakı Dövlət Universitetində (BDU) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF 13) ərəfəsində keçirilən “Bakı Şəhərsalma Həftəsi” (“Baku Urban Week”) çərçivəsində “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda təşkil olunan Yaz məktəbi davam edir.

Yaz məktəbində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri üçün “Dayanıqlı şəhərlərin inkişafında yaşıl enerji zonalarının rolu” mövzusunda  mühazirə oxuyub.

Məruzəçi yaşıl enerjinin ətraf mühitin mühafizəsində oynadığı rol, Azərbaycanda xüsusilə perspektivli olan külək və Günəş enerjisi layihələri, onların istehsal mexanizmləri və iqtisadi səmərəliliyi barədə geniş məlumat verib.

Məruzəçi respublikamızda bərpa olunan enerji mənbələrindən istifadə üzrə mövcud vəziyyət, quraşdırılmış külək və Günəş elektrik stansiyalarının gücü, eləcə də gələcək layihələr haqqında faktlar təqdim edib. İşğaldan azad olunmuş ərazilərdə qurulan kiçik su elektrik stansiyaları və müxtəlif alternativ enerji mənbələrinin tətbiqinin effektivliyi haqqında danışıb. Azərbaycanın bərpa olunan enerji potensialının yüksək olduğu, ölkənin regionun enerji təhlükəsizliyində mühüm payı və xarici investorların bu sahəyə artan marağını vurğulayıb.

Daha sonra Zəngilan rayonunun Ağalı kəndində “Yaşıl enerji zonası” layihəsi çərçivəsində görülmüş işlərlə bağlı videoçarx nümayiş olunub.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür
24/06/2026

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək
24/06/2026