BDU-da "YENİ Klub”un təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub

26/02/2025

Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “YENİ Klub” və Tarix fakültəsi nəzdindəki "İstiqlal klubu"nun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Boran Əziz 33 il bundan öncə törədilən Xocalı soyqırımı və onun tarixi şəraiti barəsində məlumat verib. Qeyd etib ki, xalqımızın başına gətirilən ən böyük faciələrdən biri olan Xocalı soyqırımı insanlığa qarşı törədilən ağır cinayətlərdəndir. Bu faciə hər il beynəlxalq səviyyədə yad edilir, Ermənilərin törətdiyi soyqırımı qurbanlarının xatirəsi hər zaman əziz tutulur. Xocalı soyqırımı həqiqətlərindən dünya dövlətlərinin xəbərdar olması üçün ardıcıl tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində  Xocalı soyqırımının qurbanları və fəsadları haqqında məlumatlar mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bu tədbirlər nəticəsində artıq bir sıra ölkələr Xocalı soyqırımını tanıyıb.

Sonra Tarix fakültəsinin III kurs tələbəsi Aysel Quliyeva Xocalı soyqırımının canlı şahidi olan valideynlərinin xatirələrindən, erməni vandallarının həyata keçirdiyi qeyri-insani cinayət faktlarından və yaşadıqları dəhşətlərdən söz açıb.

Tədbir tələbələrin ifasında bədii hissə ilə davam edib.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026