BDU-da "Yeni ağ səhifə" adlı tədbir keçirilib

22/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə “BDU könüllüləri”nin təşkilatçılığı ilə "Yeni ağ səhifə" adlı tədbir keçirilib.

Tədbirdə "BDU könüllüləri"nin sədri Nərmin Heydərova, "BDU könüllüləri"nin Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə sədri Leyla İmaməliyeva və “Ahəng” Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, ailə-uşaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanova iştirak edib.

Narkomaniya və narkotik vasitələrin sağlamlığa, psixoloji vəziyyətə təsirləri, ölkəmiz üzrə istifadəçi sayının statistikaları, dünya üzrə yayılması, Azərbaycanda buna qarşı aparılan tədbirlər, həkimlərin məsləhətləri haqqında məlumatlar verilib və  müzakirələr aparılıb.

Görüşdə narkotik vasitələrin həyatımıza, psixologiyamıza, ətraf mühitimizə təsirləri, bu maddələrin tərkibləri, tibbi məlumatları və s. kimi vacib məsələlərə toxunulub. Həmçinin vətəndaşlar arasında sorğu keçirərək, onların fikirləri və yanaşmaları öyrənilib.

Tədbirdə psixoloq Vüsalə Əmiraslanova mövzu ilə bağlı öz təcrübələrini, şəxsi görüşlərini, narkotikin gənclərə, yaşatdığı problem, həyatları necə dəyişdiyi haqqında məlumatlar, fikirlərini bölüşüb.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026