BDU-da “Yeni kimyəvi materialların perspektivli məhsul kimi tətbiqi” mövzusunda ustad dərsi

16/03/2022

Bakı Dövlət Universitetində 27 Mart - Azərbaycan Respublikasında “Elm Günü”nə həsr olunmuş silsilə tədbirlər davam edir.

Martın 15-də Kimya fakültəsində Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri, professor Rasim Alosmanov “Yeni kimyəvi materialların perspektivli məhsul kimi tətbiqi” mövzusunda ustad dərsi keçib.

Rasim Alosmanov tələbələrə yeni materialların müasir dünyadakı rolu və onun növləri haqqında ümumi məlumat verib. Sonra yeni material kimi polimer fırçalar və nanosellüloza haqqında danışıb. O, nanosellülozanın bir növü olan bakterial sellüloza əsasında polimer fırçaların sintezi və bu materialların tibb sahəsində, xüsusi ilə də hemostatik kompozisiya kimi tətbiqinə dair ətraflı bəhs edib.

Ustad dərsi tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam edib.

 

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026