BDU-da yeni koordinasiya qrupu yaradılıb

30/10/2019

Bakı Dövlət Universitetinin Nano Araşdırmalar Mərkəzində Fizika, Kimya, Biologiya fakültələrinin və universitetin Beynəlxalq şöbəsinin əməkdaşlarının iştirakı ilə iclas keçirilib. 

İclasda fənlərarası tədqiqat işlərinin planlaşdırılması, istehsalatla əlaqələrin qurulmasına dair təkliflər və onlarla birgə seminarların keçirilməsi, adıçəkilən fakültələrin əməkdaşları tərəfindən yerli və beynəlxalq layihələrdə birgə iştirak üçün işçi qruplarının yaradılması məsələləri müzakirə edilib. Eyni zamanda,  gələcəkdə tədqiqat işlərinin mövzularının əsasını təşkil edən prioritet istiqamətlər, elmi-tədqiqat işlərinin tətbiqyönümlü olmasının vacibliyi əsas götürülərək istehsalat, sənaye və kənd təsərrüfatını təmsil edən müəssisə və təşkilatların aparıcı mütəxəssisləri ilə görüşlərin keçirilməsi də iclasın əsas mövzularından olub.

Bu məqsədlə hər fakültədən bir nəfər olmaqla koordinasiya qrupu yaradılıb. İclasın sonunda bu cür görüşlərin davamlı olaraq keçirilməsinin vacibliyi vurğulanıb.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026