Amerikalı alimlər BDU-da olublar

24/05/2014

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ABŞ-ın Tuleyn Universitetinin ( Tulane University) Beynəlxalq hüquq proqramları üzrə icraçı direktoru, prorektor Herbert Larson və Hüquq fakültəsinin dekanı, professor Devid Meyeri qəbul edib.

2012-ci ildən universitetlər arasında imzalanmış anlaşma memorandumuna əsasən, Tuleyn Universiteti BDU-nun Hüquq fakültəsində Dəniz və enerji hüququ üzrə magistratura proqramının təsis olunmasında yaxından iştirak edib. Magistrantların hazırlanma prosesində aktiv iştirak edən amerikalı alimlərin budəfəki gəlişinin məqsədi tələbələrə yenidən mühazirə oxumaqdır.

Görüşdə əməkdaşlıq məsələlərinin hazırkı durumundan razılıq ifadə olunub və münasibətlərin daha intensiv olması üçün BDU-da yeni Mərkəzin yaradılması qərara alınıb. Bildirilib ki, Mərkəz fakültələrarası əlaqələrin inkişafını, tələbə və müəllimlərin mübadiləsini, birgə araşdırma işlərinin aparılmasını həyata keçirəcək.

Qeyd edək ki, Tuleyn universiteti 1834-cü ildə təsis edilib. Bu universitetdə ABŞ-ın 50 ştatı və 40 xarici ölkədən tələbələr təhsil alır.

Mətbuat və informasiya şöbəsi, 23 may 2014-cü il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026