BDU-da yeni tədris ili başlayıb

16/09/2024

Bakı Dövlət Universitetində (BDU) 2024/2025-ci tədris ili başlayıb.

BDU-da ilk dərslər qalib Azərbaycana və BDU-nun 105 illik yubileyinə həsr olunub.

2024/2025-cü tədris ilində BDU-da 76 ixtisas, 271 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

Hazırda BDU-da bakalavriat səviyyəsi üzrə 22279 tələbə təhsil alır. Onlardan 7176-sı kişi, 15103-ü qadındır. Tələbələrdən 12316-sı humanitar, 9963-ü təbiət elmləri üzrə ixtisaslarda təhsil alır. BDU-nun bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin 15705-i dövlət sifarişi əsasında, 6574 nəfəri ödənişli əsaslarla oxuyur.

Yeni tədris ilində BDU-nun bakalavriat səviyyəsinə 5429 nəfər qəbul olunub.  Onlardan 4014 nəfəri dövlət sifarişli, 1415 nəfər ödənişli əsaslarla təhsil alacaq. Qəbul olunanların 537 nəfəri 600-dən, 1098 nəfəri 500-dən yuxarı bal toplayıb.

2024/2025-ci tədris ilində BDU-nun magistraturasında 2256 tələbə təhsil alır. Onlardan 772-sı kişi, 1484-ü qadındır. BDU-nun magistrantlarının 664 nəfəri dövlət sifarişi əsasında, 1592 nəfəri ödənişli əsaslarla təhsil alır.

2024/2025-cü tədris ili üzrə BDU-nun bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar açılıb.

Bakalavriat səviyyəsi üzrə “Ekologiya mühəndisliyi” ixtisası üzrə Ekolojiya və torpaqşünaslıq fakültəsində ilk dəfə olaraq kadr hazırlığına başlanılacaq.  
Magistratura səviyyəsi üzrə “Korreksiyaedici təlimin metodika və metodologiyası” ixtisaslaşması Sosial elmlər və psixologiya, "Ərzaq məhsullarının ekspertizası və marketinqi" ixtisaslaşması Kimya, "Şəhər kadastrı" ixtisaslaşması Ekologiya və torpaqşünaslıq, "Akvabitkilər" ixtisaslaşması Biologiya, "Mədəniyyət hüququ" ixtisaslaşması isə Hüquq fakültələrində tədris ediləcək.

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 1739 tələbə, “Gənc istedadlar” liseyində 635 şagird təhsil alır.

Bütün tələbə və şagirdlərimizi yeni tədris ilinin başlaması münasibətilə təbrik edir, onlara təhsillərində və şəxsi həyatlarında uğurlar arzulayırıq!

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq”
18/09/2024

BDU-nun SABAH qruplarında 916 tələbə təhsil alır

BDU-nun SABAH qruplarında 916 tələbə təhsil alır
18/09/2024

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

ELAN
18/09/2024